• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edildi

CƏMİYYƏT

28 Aprel 2021 | 15:11

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu dəfn edildi

Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz dəfn edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Elvin Fuad oğlu Mustafayevin nəşi doğulduğu Gəncə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Elvin Mustafayev 1997-ci ildə Gəncə şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan istiqamətlərində gedən döyüşlərdə itkin düşmüşdü. Şəhid olan hərbi qulluqçumuzun nəşi dünən tapılıb.(oxu.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026