Azərbaycana toyuq məhsulları idxal edilən “Frozen Products” MMC gömrük bəyannaməsinin və müvafiq sənədlərin təqdim edilməsi müddətinin pozulmasına görə cərimələnə bilər.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Frozen Products” MMC barədə İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi əsasında protokol tərtib edərək işi Binəqədi Rayon Məhkəməsinə göndərib.
Bu maddədə bildirilir ki, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
İş hakim Mahirə Kərimovanın icraatına verilib.
İbRa





jpg-1678270976.webp)










