• Bakı 22° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

SİYASƏT

15 Fevral 2024 | 19:13 | Müəllif: Subhan Mahmudov

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) nazir İliya Darçiaşvilinin həmkarı Hakan Fidanla görüşünə dair yaydığı bəyanatında bildirilib.

Qeyd olunub ki, XİN başçıları söhbət zamanı uğurlu Azərbaycan-Türkiyə-Gürcüstan formatına toxunublar.

"Hər üç ölkənin xarici işlər nazirlərinin bu formatda növbəti görüşü martda keçiriləcək", - məlumatda qeyd olunub.

Gürcüstan XİN-in məlumatına görə, tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını da gözdən keçiriblər.

"Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının, həmçinin Orta Dəhlizin önəmi qeyd edilib", - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026