• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə etdilər

DÜNYA

30 Sentyabr 2026 | 18:10 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə etdilər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Özbəkistan və Azərbaycanın gələn il 20 yaşadək futbolçular arasında dünya çempionatına ev sahibliyi etməsi əsas müzakirə mövzusu olub.

Tərəflər futbolun, xüsusilə də gənclər arasında kütləviləşdirilməsi, istedadlı oyunçuların üzə çıxarılması və məşqçi, hakim, menecer, həkim və digər mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Görüşdə Özbəkistanda FIFA-nın irimiqyaslı turnir və tədbirlərinin keçirilməsi, həmçinin qurumun Daşkənddə regional nümayəndəliyinin açılması prosesinin sürətləndirilməsi məsələlərinə də diqqət yetirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026