• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda BU DA OLDU: Həkim xəstə ilə...

CƏMİYYƏT

07 Dekabr 2022 | 12:50 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda BU DA OLDU: Həkim xəstə ilə...

Ağsu rayonunda qadın həkim tərəfindən cinsi istismara məruz qalıb.

Bakıvaxtı.az xəbər verir kİ. bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

İddia edilib ki, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Ağsu şöbəsinin rəhbəri Zahir Hüseynov 27 yaşlı qadını qorxudaraq, öz iş yerində cinsi münasibətdə olub. 

Bildirilib ki, qadın bir müddət əvvəl bir şəxsə xəsarət yetirib. Bu əsasla o, həkim-ekspert Hüseynova yaxınlaşıb, ondan xəsarətləri az yazmağını xahiş edib. Həkim “Bu xəsarətlərlə sizə cinayət işi düşür, gəlin münasibətdə olaq, xəsarəti yüngül rəylə bağlayım”, - deyərək onu qorxudub. 

Məlumata görə, eyni zamanda həkim qadına işlədiyi yerdə çalışacağı vədini də verib. Sonda həkim aktlaşdırmada xəsarətlərin yüngül olduğunu qeyd edib (oxu.az). 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, qadın tərəfindən Ağsu Rayon Polis Şöbəsinə də müraciət olunub:

“Qeyd olunan iddialarla bağlı şöbədə istintaq araşdırmaları aparılır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026