• Bakı 22° C

    5.14 m/s

Azərbaycanda bu institutun rəhbərliyi DƏYİŞDİRİLDİ

GÜNDƏM

10 Iyun 2024 | 15:11

Azərbaycanda bu institutun rəhbərliyi DƏYİŞDİRİLDİ

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor əvəzi təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Səbuhi Bəşirovdur.

O, bundan əvvəl Dövlət Xidmətində çalışıb və institutun rəhbərliyində Cahid Qədirlini əvəz edib.

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026