• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

İQTİSADİYYAT

21 Aprel 2024 | 09:44

Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO

Yumurtanın qiymətində kəskin ucuzlaşma müşahidə edilir.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, ucuzlaşma prosesi təxminən bir neçə gün bundan əvvəl başlayıb və qiymətin enməsi mövsümi xarakter daşıyır.

Hazırda əvvəllər 16-17 qəpiyə satılan yumurtanın bir ədədi mağazalarda 8- 9 qəpiyə satılır.

Bölgələrdə də yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. Yevlaxda bir müddət əvvəl 30-40 qəpiyə satılan kənd yumurtası hazırda 10-15 qəpiyə təklif edilir. Hazırda bu rayonda yumurta 10 qəpiyə alınır və 15 qəpiyə satılır.

Şəki bazarlarında da əvvəl 35 qəpiyə olan kənd yumurtası hazırda 13-15 qəpiyə satılır.

Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


SON XƏBƏRLƏR

26 Iyul 2024