• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Ölü və yaralılar var - YENİLƏNİB

HADİSƏ

17 Oktyabr 2022 | 13:49

Azərbaycanda DƏHŞƏTLİ QƏZA - Ölü və yaralılar var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Goranboyda baş verən yol qəzası barədə məlumat yayıb.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Goranboy rayonunun Veyisli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Daewoo” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində zədələnmiş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

11:58

Goranboyda 3 avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, 5 nəfər xəsarət alıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Bakıvaxtı.az-a bildirib ki, 3 avtomobilin toqquşması nəticəsində rayonun Kürəkçay qəsəbə sakini 1967-ci il təvəllüdlü Mayis Bağırov ölüb.

Kürəkçay qəsəbə sakinləri - 1939-cu il təvəllüdlü Oruc Orucov, 1950-ci il təvəllüdlü Sahibə Orucova, 1962-ci il təvəllüdlü Ceyhun Əhmədov, 1963-cü il təvəllüdlü Xumar Əhmədova və 2017-ci il təvəllüdlü Dəniz Əhmədova isə xəsarət alıblar.

Xəsarət alanların vəziyyətinin orta ağır olduğu bildirilir.

 

10:59

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. "Mercedes" və "Daewoo Nexia" markalı minik maşınlarının toqquşması nəticəsində 1 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026