• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycanda dəhşətli qəza - Sürücü öldü, arvadı isə...

HADİSƏ

15 Noyabr 2022 | 11:36

Azərbaycanda dəhşətli qəza - Sürücü öldü, arvadı isə...

Beyləqan rayonunda avtomobillər toqquşub, sürücü ölüb, arvadı xəsarət alıb.

Bu barədə Bakıvaxtı.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 15 radələrində rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Aşıqalılar kənd sakini Camal Abbasovun idarə etdiyi “VAZ-2106” və Füzuli rayon sakini Ş.Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Abbasov və sərnişini olan həyat yoldaşı Nərgiz xəstəxanaya yerləşdirilib, C.Abbasov orada ölüb, qadının vəziyyəti orta-ağırdır.

Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR