• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanda donuz əti istehlakının həcmi açıqlanıb

CƏMİYYƏT

29 Avqust 2024 | 13:18 | Müəllif: Əli Hüseynov

Azərbaycanda donuz əti istehlakının həcmi açıqlanıb

2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla 1,022 kiloqram donuz əti və məhsulları istehlak edib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il ölkədə ümumilikdə 10,402 min ton donuz əti və məhsulları istehlak edilib. Bu il yanvarın 1-nə 240 ton ehtiyat yaranıb, il ərzində isə 95 ton donuz əti və məhsulları itkiyə gedib.

Hesabat dövrünə Azərbaycanda 10,737 min ton donuz əti və məhsulları ehtiyatı olub ki, bunun da, 93,1 % və ya 9,993 min tonu idxalın, 4,6 %-i və ya 492 tonu istehsalın, 2,3 %-i və ya 252 tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

Azərbaycan əhalisinin donuz əti istehlakının ümumi ət və ət məhsullarındakı payı isə 2,4 %-ni təşkil edib.

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026