• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda dumanlı hava nə vaxtadək davam edəcək?

CƏMİYYƏT

17 Dekabr 2022 | 13:01

Azərbaycanda dumanlı hava nə vaxtadək davam edəcək?

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında dumanla bağlı görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb.

G.Məmmədovanın sözlərinə görə, gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb:

“Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026