• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda “e-mühasibat” elektron portalı yaradılacaq

İQTİSADİYYAT

04 Aprel 2022 | 17:52

Azərbaycanda “e-mühasibat” elektron portalı yaradılacaq

Azərbaycanda “Mühasibat uçotu haqqında” qanuna əsasən, mühasibat uçotu subyektlərinin Maliyyə Nazirliyinə təqdim etməli olan maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən “e-mühasibat” elektron portalının yaradılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.

Sənədə əsasən, sözügedən vəzifənin icrası Maliyyə Nazirliyinə həvalə olunub.

Elektron portalın yaradılması ilə bağlı ilkin təkliflərin müəyyən edilməsi, maliyyə hesabatlarının elektron formada verilməsini təmin edən elektron portal ilə əlaqədar müvafiq sənədlərin və portalın layihəsinin hazırlanması, “e-mühasibat” elektron portalının yaradılmasının başa çatdırılması nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026