• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Azərbaycanda ən çox kimə səs verilib?

DÜNYA

28 May 2023 | 20:32 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda ən çox kimə səs verilib?

Türkiyədə prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda keçirilən səsvermənin ilkin nəticələri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İlkin məlumata görə, Azərbaycanda seçici fəallığı 31.7% olub.

Hazırda səslərin 20%-i sayılıb. Bu nəticələrə əsasən, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 45.7%, CHP sədri Kemal Kılıçdaroğlu 54.29% səs toplayıb.

Qeyd edək ki, seçkilərin ilk turunda Azərbaycanda 6650 Türkiyə vətəndaşı səs verib və seçici aktivliyi 60.26% təşkil edib. Yekun nəticələr aşağıdakı kimi olub:

Rəcəb Tayyib Ərdoğan - 49.42%

Kemal Kılıçdaroğlu - 41.92%

Sinan Oğan - 6.42%

Muharrem İnce - 2.24%


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026