• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda həbs olunan FETÖ-çülərdən biri universitet müəllimidir

GÜNDƏM

24 Iyul 2023 | 18:32 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda həbs olunan FETÖ-çülərdən biri universitet müəllimidir

FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bakıvaxtı.az xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində Nərimanov rayon Məhkəməsində müstəntiqin verdiyi vəsatətlərə baxılıb.

Məhkəmə vəsatətləri təmin edib və onların hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Onlara Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Saxlanılanlardan "Yurd” mərkəzinin direktoru Ruslan Əliyev Bakı Mühəndislik Universitetin müəllimidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026