• Bakı 5° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Rus əhali”nin Qarabağdan getməsi ilə Kremlin çirkin planı işfa olunur

GÜNDƏM

22 Avqust 2023 | 16:46 | Müəllif: Qalib İbrahimoğlu

“Rus əhali”nin Qarabağdan getməsi ilə Kremlin çirkin planı işfa olunur

"Bir müddət öncə məlumatlar yayılırdı ki, Qarabağda, Xankəndidə "rus icması" yaradılıb".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Qarabağda rusdilli əhali, ruslar olmayıbsa, orada heç bir "rus icması"ndan söhbət gedə bilməz: "Rusiyanın Qarabağda müəyyən planları var idi. Çalışırdı ki, ən azından ermənilərə rus pasportları paylamaqla, yaxud bu və ya digər səbəblərdən Xankəndinə yerləşdirilmiş 10-15 rusdan istifadə etməklə Qarabağda "rus topluluğu”nun əsasını qoysun. Uzaq dönəmə hesablanmış bir planın icrasına başlanmışdı. Qarşıdakı dönəmlərdə Qarabağdakı "rus əhali" Moskvaya müraciət etsin və Kreml də bununla bölgəyə müdaxilə haqqı qazansın. Bu, Rusiya imperializminin köhnə, sınaqdan çıxmış metodlarından biridir. Məhz həmin məqsədlə müəyyən sayda insan Xankəndinə yerləşdirilmişdi”.

Akif Nağı: Rusiyanın Qarabağda müəyyən planları var idi, çalışırdı ki...

A.Nağı qeyd edib ki. ancaq indi əks proses getməkdədir. Ona görə də Moskvanın planları alt-üst olmaqdadır: “Çıxış yolu rusların və Rusiya vətəndaşlığı daşıyan separatçı ermənilərin Qarabağdan qaçmasıdır. Bu da bizim xeyrimizədir. Çünki həm Qarabağda təhlükə ocağı ortadan qalxır, həm də Kremlin çirkin planı işfa olunur".

Qeyd edək ki, Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslər Qarabağı tərk etməyə başlayıb. Görünür, həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bağlı bu çirkin oyunu davam etdirə bilməyəcəklər, ona görə də Qarabağı tərk etmək məcburiyyətində qalıblar. Rəsmi Bakı ən müxtəlif səviyyələrdə daim bəyan edib ki, yalnız Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər torpaqlarımızda qala bilərlər. Bu şərti qəbul etməyənlər üçün qapılar açıqdır, ərazilərimizi tərk edib istədikləri yerdə yaşaya bilərlər.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR