"Qarabağdakı silahlı erməni dəstələrinə qarşı keçirilmiş lokal anti-terror əməliyyatları çox zəruri addım idi".
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.
Ekspert 2023-cü ilin sonuna kimi Xankəndi və ətraf ərazilərin Azərbaycan Ordusunun nəzarətinə keçəcəyini dəfələrlə dediyini xatırladıb.
Onun sözlərinə görə, bu, Azərbaycan üçün çox vacib məsələdir: “Çünki proses uzandıqca, ermənilərə güzəşt olduqca, istər-istəməz yeni "status-kvo" yaranırdı. Bu da Azərbaycanın maraqlarına qətiyyən cavab vermirdi”.
Müsahibiməz görə, sərhədlərimiz daxilində bütün ərazilərimiz tam nəzarətə götürülməlidir ki, sonrakı mərhələdə Ermənistanın yanında olan, onu müdafə edən güclərə qarşı mübarizəmiz güclü və təsirli olsun: “Erməni terrorçuları, separatçı ünsürlər o qədər qudurmuşdular ki, minaatanlarla, artilleriya ilə mövqelərimizi atəşə tutur, əsgərlərimizi yaralayır, mülki şəxslərimizi şəhid edirdilər. Bu "cəsarəti" ermənilərə kim verib?! Görünən o idi ki, ikinci Qarabağ müharibəsində ağır məğlubiyyət ermənilərə dərs olmamışdı və onlara növbəti dəfə cəzalandırılmalı idi”.

Əhəd Məmmədli:
Ə.Məmmədli bildirib ki, ermənilər anti-terror tədbirlərindən qabaq da yenə eyni ritorika ilə sərsəm açıqlamalar verir, azərbaycanlılarla birgəyaşayışın mümkün olmadığını iddia edirdilər: “Ermənistanla, hətta Rusiya ilə olmaq şərtini irəli sürürdülər. Ona görə də quldur və terrorçu yuvası birdəfəlik məhv edilməliydi".
Aydın Baxış
















