Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının pediatriya şöbəsinin sabiq həkim pediatrı Emil Şükürovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Cəlilabad Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Emil Şükürovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd: Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifəli saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.
İlkin əməliyyat tədbirləri ilə qeyd edilən tibb müəssisəsinin Pediatriya şöbəsinin həkim pediatrı Şükürov Emil Zakir oğlunun əlillik dərəcələrinin təyin olunması və pensiya təyinatı ilə əlaqədar ayrı-ayrı vətəndaşlara məxsus xəstəlik tarixçələri və digər tibbi sənədlərin həqiqi məzmununu təhrif edərək saxtalaşdırmasına, həmin sənədləri Xəstəxananın Həkim Məsləhət Komisiyasına təqdim etməsinə, bu yolla da onlara qanunsuz əsaslarla sosial müavinətin təyin edilməsinə şərait yaratmasına əsaslı şübhələr müəyyən edilib.
Emil Şükürovun barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.Pravda.az


jpg-1720518849.jpg)













