• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Şəmkirdə bıçaqlanma: söyüş üstündə qan töküldü

HADİSƏ

08 Avqust 2024 | 10:21

Şəmkirdə bıçaqlanma: söyüş üstündə qan töküldü

Şəmkirdə söyüş üstdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb.

Bakıvaxtı.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

"Faktla bağlı araşdırmalar davam etdirilir"-deyə DİN rəsmisi bildirib.

Qeyd edək ki, Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Elnur İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin içkili vəziyyətdə, söyüşlə edilən zarafat üstə törədildiyi bildirilir.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024