• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

DİN: 57 cinayətin üstünün açılması təmin olunub

HADİSƏ

08 Avqust 2024 | 10:03 | Müəllif: Əli Hüseynov

DİN: 57 cinayətin üstünün açılması təmin olunub

Avqustun 7-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026