Bu ilin yanvar-mart aylarında Azərbaycanda 16 milyon 30,9 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.
Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanda spirtli içki istehsalı 1 milyon 389,7 min dekalitr (1 il əvvələ nisbətən 12,5 % az), o cümlədən araq istehsalı 313,1 min dekalitr (7,1 % çox), viski-konyak istehsalı 175,1 min dekalitr (28,5 % çox), üzüm şərabı istehsalı 133,7 min dekalitr (38,3 % az), pivə istehsalı 767,8 min dekalitr (18,5 % az) təşkil edib.
3 ayda 9 milyon 35,8 min dekalitr (il ərzində 7,8 % artıb) spirtsiz içki, 5 milyon 605,4 min dekalitr (15,2 % azalıb) şirinləşdirilməmiş sular istehsal edilib.
Bu il aprel 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 296,3 min dekalitr, spirtsiz içki ehtiyatı isə 1 milyon 486,1 min dekalitr olub.
Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12,2 % çoxdur.