Ötən ilin dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3) həcmi 44 milyard 691,8 milyon manat təşkil edib.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,5 % çox, 2024-cü ilin əvvəlinə nisbətən 0,8 % az, illik müqayisədə isə 3,1 % çoxdur.
O cümlədən, manatla pul kütləsinin (M2) həcmi ötən ilin dekabrın 1-nə 34 milyard 639 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 0,04 %, 2024-cü ilin əvvəlinə nisbətən 2,1 % az, illik müqayisədə isə 1,3 % çoxdur.