• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanda "Meymun çiçəyi" virusu yayıla bilər? - AÇIQLAMA

CƏMİYYƏT

20 May 2022 | 15:58 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda "Meymun çiçəyi" virusu yayıla bilər? - AÇIQLAMA

Dünyanın bir çox ölkəsində "meymun çiçəyi" virusu yayılmaqdadır.

Bəs bu virus Azərbaycanda yayıla bilər?

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən infeksionist Mərdan Əliyev bildirib ki, nadir rast gəlinən virus olan "meymun çiçəyi"nin hələ ki, ölkəmizdə yayılma ehtimalı azdır.

"Bu xəstəlik Çiçək xəstəliyinə bənzəyir, əsasən hava, damcı və "Meymun çiçəyi" olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər. Virusun əsas əlamətləri əzələ ağrısı, qızdırma, dəri səpkisi və baş ağrısıdır. Xəstəliyin epidemiyaya çevrilmə riski çox azdır", - deyə infeksionist bildirib.

Qeyd edək ki, "su çiçəyi"nin bir növü olan bu xəstəlik rəsmi olaraq 1980-ci ildə bitmiş elan edilmişdi. Xəstəliyin əlamətləri demək olar ki, "su çiçəyi" ilə eynidir. Bu virus bir neçə həftəyə sağalır, nadir hallarda ölümcül xarakter daşıyır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026