• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanda “Omikron” aşkarlanıb?

CƏMİYYƏT

28 Dekabr 2021 | 16:03

Azərbaycanda “Omikron” aşkarlanıb?

Son günlər xəstələnənlərin sayı xeyli artıb. Ancaq qəribəsi odur ki, bunun adi mövsüm xəstəliyi, ya virus olduğunu ayırmaq çox çətin hal alıb.

Əksəriyyət bunun qrip olduğunu bildirsə də, bəziləri simptomların koronavirusun “Omikron” ştamının əlamətləri ilə üst-üstə düşdüyünü iddia edir. Və buna görə də haqlı sual ortaya çıxır: ““Omikron” ştamı artıq Azərbaycandadır?”

Tibb elmləri doktoru Adil Qeybulla Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, “Omikron” ştamı bütün dünyada sürətlə yayılır: “Azərbaycanda da olması tam realdır. Çünki ölkəmizi əhatə edən bütün qonşu dövlətlərdə “Omikron” ştamına rast gəlinib və  sürətlə yayılır. Görünən odur ki, dünya üzrə “Omikron” ştamının sürətlə yayılma imkanı olduğundan, “Delta” ştamını sıxışdırıb çıxarır”.

A.Qeybulla deyir ki, xəstəliyin simptomları adi soyuqdəymə simptomlarına daha çox oxşayır. Son vaxtlar da yüksək hərarətlə davam edən soyuqdəymənin geniş yayıldığını deyən professor hesab erdir ki, o baxımdan da, “Omikron” ştamının Azərbaycanda olması real görünür və son vaxtlar bu cür xəstələrin artması təəccüblü deyil.

İnfeksionist Nicat Əzimli isə “Omikron”la bağlı Azərbaycanda molekulyar-genetik üsulla təsdiqlənmiş xəstəlik halı olmadığı üçün dəqiq fikir söyləməyin çətin olduğunu qeyd edib: “Lakin bəli, son vaxtlar COVID-19 testi pozitiv çıxmış xəstələrdə “Omikron” variantına xarakterik simptomların müşahidə olunduğu hallar artıb. Bu cəhətdən “Omikron”un artıq ölkədə yayılmağa başladığı ilə bağlı şübhə yaranır, baxmayaraq ki, bu, hələ təsdiqlənməyib”.

N.Əzimlinin sözlərinə görə, burada ikinci məqam da var: ““Omikron”la bağlı məlumatlarda bildirilir ki, aşkarlandığı ölkələrdə ilk 3 gün ərzində yoluxma sayı 2 qat artaraq epidemik vəziyyətin kəskin pisləşməsinə gətirib çıxarır. Bu cəhətdən yanaşsaq, əgər bu variant Azərbaycanda olsaydı, hazırda yoluxma sayında azalmanı görməzdik, əksinə xəstəlik hallarında artım müşahidə olunardı”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026