• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda qadına zorakılıq edən məmur HƏBS EDİLDİ - YENİLƏNİB

CƏMİYYƏT

11 Iyun 2021 | 13:06

Azərbaycanda qadına zorakılıq edən məmur HƏBS EDİLDİ - YENİLƏNİB

Martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan bildirilib.

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımoya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. 

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

13:02

Şəmkir rayonunda məmur saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Kür qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Vazeh Vəliyev tutulub. 

Belə ki, bir neçə ay əvvəl o, öz vəzifə səlahiyyətlərini aşaraq müəssisədə çalışan qadına qarşı zorakılıq etməkdə ittiham edilib.

Onun barəsində 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə məhkəmə qərar çıxarıb və saxlanılıb.(oxu.az)

 


Azərbaycanda qadına zorakılıq edən məmur HƏBS EDİLDİ - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026