• Bakı 16° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb

HADİSƏ

23 Iyun 2022 | 10:52

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb

Azərbaycanda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaş müraciətləri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Ağdaş, Salyan, Şəmkir və Ağcabədi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən rayonların ərazilərində meşə fonduna aid olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 21 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


SON XƏBƏRLƏR

18 Aprel 2024