• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Polis əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

HADİSƏ

23 Iyul 2022 | 09:52

Polis əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) və Baş Dövlət Yol Polisi İdarəsinin 1-ci tağımının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Murad Həbibzadə və Ədalət İlyasov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə, yaşadıqları ünvanlara, eləcə də avtomobillərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026