• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Xəzərdə batan şəxsin meyiti tapıldı

HADİSƏ

22 Avqust 2022 | 09:05 | Müəllif: Subhan Mahmudov

Xəzərdə batan şəxsin meyiti tapıldı

Xəzərdə ötən gün batan şəxsin meyiti tapılıb.

Bu barədə Bakıvaxtı.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, dənizdə ("Buzovna" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR