• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Dövlət qurumunun qayığını yandıran şəxs saxlanıldı - YENİLƏNİB

HADİSƏ

20 Sentyabr 2022 | 15:43

Dövlət qurumunun qayığını yandıran şəxs saxlanıldı - YENİLƏNİB

Kür çayında 8 saylı Mingəçevir Ekologiya və Təbii Sərvətlər şöbəsinə məxsus qayığı yandıran şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki, çayda qanunsuz balıq ovu ilə məşğul olan və hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Şaban Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq prokurorluğun təhqiqat qrupuna təhvil verilib. /Unikal

12:56

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəisi Hikmət Əlizadə Bakıvaxtı.az-a bildirib ki, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb.

“Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR