Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın zamanı 1 nəfər yanğınsöndürən xəsarət alıb, daha 1 yanğınsöndürən isə zərər çəkib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 2 əməkdaşına hadisə yerində tibbi yardım göstərilib. Onlardan biri yüksək qan təzyiqi ilə, digəri isə çiyin nahiyəsinə od düşdüyü üçün yanıq xəsarətləri alıb.
Yanğın zamanı tüstüdən boğulma qeydə alınmayıb.
Hadisə yerinə 3 təcili tibbi yardım avtomobili cəlb olunub və yanğın tam söndürülüb.







jpg-1663675585.webp)





jpg-1663663475.webp)

