• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ermənistanda hərbçilər qəzaya düşdü: Ölənlər var

HADİSƏ

22 Avqust 2022 | 00:32 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanda hərbçilər qəzaya düşdü: Ölənlər var

Ermənistanda ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az-ın Ermənistan KİV-lərinə istinadla xəbərinə görə, hadisə Sünik vilayətində  qeydə alınıb. Belə ki, Ararat vilayəti sakini Fərhad Akopyanın idarə etdiyi avtomobil Qafan şəhərində yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü və bir sərnişin ağır yaralanıb, digər sərnişin hadisə yerində ölüb.

Həkimlərin səylərinə baxmayaraq xəstəxanaya yerləşdirilən sərnişin də dünyasını dəyişib.

Məlumata görə, avtomobilin sürücüsü və sərnişinlər hərbçilər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026