Azərbaycanda bu ilin 9 ayı ərzində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumları nəzarət tədbirləri nəticəsində 122 nəfəri saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, saxlanılan şəxslərdən 10-u xarici ölkə vətəndaşıdır.
"Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Qanunsuz ov faktları ilə bağlı ümumilikdə 121 min 878 manat məbləğində cərimə tətbiq olunub", - o əlavə edib.