• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9534

    RUB - 2.0988

Nazir İslam İnkişaf Bankı rəsmiləri ilə görüşdü

CƏMİYYƏT

06 Noyabr 2025 | 12:26

Nazir İslam İnkişaf Bankı rəsmiləri ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərlə effektiv tərəfdaşlığın qurulması və layihələrin maliyyələşdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin gələcək əməkdaşlıq üçün imkanların araşdırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Görüşdə ölkəmizin təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu bildirilib.

Məhəmməd Süleyman Əl-Casir Azərbaycanda son illər ərzində rəqəmsallaşma sahəsində görülən işləri yüksək qiymətləndirdiyini vurğulayıb.


SON XƏBƏRLƏR

05 Noyabr 2025