• Bakı 13° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Azərbaycanda şagird 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçdi - VİDEO

CƏMİYYƏT

02 Fevral 2024 | 09:39

Azərbaycanda şagird 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçdi - VİDEO

Sumqayıtda 8 yaşlı şagird 3-cü sinfi bitirməmiş 4-cü sinfə keçirilib. 

Bakıvaxtı.az “Xəzər xəbər"ə istinadən bildirir ki, söhbət Sumqayıt şəhər Mikayıl Müşfiq adına 34 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fərid Babayevdən gedir. 

Onun ölkə daxilində keçirilən müxtəlif olimpiadalarda 50-yə yaxın qələbəsi var. 

O, həm ilkin, həm də final mərhələsində 100%-lik nəticə ilə qızıl medal qazanıb. F. Babayev eyni zamanda ABŞ Riyaziyyat Olimpiadasında da qızıl medal qazanıb və bu uğuruna görə yayda Sinqapurda keçiriləcək olimpiadaya dəvət alıb. 

Elm və Təhsil Nazirliyinin qərarı ilə Fərid 3-cü sinifi tam başa vurmadan, əldə etdiyi uğurlara görə, ikinci yarımildən təhsilini 4-cü sinif şagirdi kimi davam etdirir. 

Daha ətraflı videomaterialda:

 

 

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026