• Bakı 7° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanda son sutkada 3759 nəfər COVID-19-a yoluxub - 45 nəfər ölüb

GÜNDƏM

02 Sentyabr 2021 | 19:02 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda son sutkada 3759 nəfər COVID-19-a yoluxub - 45 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 473 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 432 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 373 475 nəfər müalicə olunaraq sağalıb, 5 722 nəfər vəfat edib, aktiv xəstə sayı 53298 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 678, ötən müddət ərzində isə ümumilikdə 4 498 717 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026