• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranın Azərbaycanla sərhəddə hərbi təlimləri davam edir - VİDEO

GÜNDƏM

01 Oktyabr 2021 | 23:57 | Müəllif: Subhan Mahmudov

İranın Azərbaycanla sərhəddə hərbi təlimləri davam edir - VİDEO

İranın Azərbaycanla sərhəddə yerləşən şimal-qərb bölgəsində ordunun quru qüvvələrinin təlimləri başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, təlim-məşq əməliyyatında zirehli diviziya, artilleriya bölmələri, PUA-lar, hərbi-mühəndislik bölməsi və vertolyotlar iştirak edir.

İran ordusu Quru Qüvvələrinin komandanı general-leytenant Kiyumərs Heydəri bildirib ki, əvvəllər sözügedən ərazilərin sərhəddində Ermənistanın işğalı zamanı xeyli terrorçu gəlib.
İndi də bölgədə İsrailin təsirinin qarşısını almaq üçün güc nümayişi etdirilir. 

Bildirilib ki, təlim Silahlı Qüvvələrin Baş Qərargahının qiymətləndiriciləri və vilayət rəsmilərinin iştirakı ilə ölkənin şimal-qərbində geniş bir ərazidə davam edir.(unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026