• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Azərbaycanda su qıtlığı get-gedə daha da artacaq”

CƏMİYYƏT

06 Mart 2023 | 12:01

“Azərbaycanda su qıtlığı get-gedə daha da artacaq”

“Azərbaycanda su qıtlığı hiss olunur və bu, get-gedə daha da artacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti İradə Hüseynova Milli Məclisdə keçirilən TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.

Vitse-prezident vurğulayıb ki, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: “Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir. Aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026