• Bakı 11° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim İŞDƏN ÇIXARILDI

CƏMİYYƏT

05 Aprel 2023 | 09:30 | Müəllif: Qalib İbrahimoğlu

"O yeniyetmə ruhi xəstə deyil" deyən baş həkim İŞDƏN ÇIXARILDI

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.

A.Rəsulov Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunub.

Ağahəsən Rəsulov 2008-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi olub.

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyevin 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilməsindən sonra bu xəstəxananın adı daha tez-tez hallandırılır.

Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat-info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:

“O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR