• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Postda ermənilərlə Azərbaycan dilində danışdıq” - Xankəndiyə gedən həkim

CƏMİYYƏT

05 Aprel 2023 | 10:15

“Postda ermənilərlə Azərbaycan dilində danışdıq” - Xankəndiyə gedən həkim

“Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Report-a Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib.

“Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissədən keçən ərazidə halı pisləşən ermənilər özlərini yaxşı hiss etmirlər. Dərhal iki təcili tibbi yardım avtomobili ilə hadisə yerinə yaxınlaşdıq. Dörd nəfərdən üçünün vəziyyəti nisbətən ağır idi”, - o, bildirib.

Həkimin sözlərinə görə, ermənilərə yerindəcə ilkin tibbi yardım göstərilib: “Daha sonra onları bizim nəzarətimiz altında Xankəndində xəstəxanaya sağlam şəkildə çatdırdıq”.

“Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik. Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri Şuşaya qayıtdıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026