• Bakı C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.7813

    RUB - 1.6139

“Torpaq icarəsi haqqında” qanun dəyişdi

SİYASƏT

27 Noyabr 2024 | 15:31

“Torpaq icarəsi haqqında” qanun dəyişdi

Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, yenilənmiş qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Həmin ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.


SON XƏBƏRLƏR

27 Noyabr 2024