• Bakı 10° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7694

    RUB - 1.6958

Azərbaycan xalqı nəyin, niyə və necə baş verdiyini bilməlidir - AÇIQLAMA

SİYASƏT

27 Dekabr 2024 | 15:13

Azərbaycan xalqı nəyin, niyə və necə baş verdiyini bilməlidir - AÇIQLAMA

“Cənab İlham Əliyevin tapşırığı ilə ən yüksək səviyyədə komissiyanın yaradılması, dövlərimizin başçısının səfərdən geri qayıtması, bununla yanaşı, Ali Baş Komandan və Birinci vitse-prezidentin qəzada həlak olanların ailələrinə, eləcə də yaxınlarına başsağlığı vermələri çox mühüm məsələlərdir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Arzu Nağıyev dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasına münasibət bildirərkən söyləyib.

O qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu iki maddə ilə cinayət işi qaldırıb:

“Qazaxıstanda da cinayət işi qaldırılıb. Kriminalistik və ballistik məsələlər üzrə işlər aparılır. Çünki burada 3 dövlətin - Azərbaycan, Rusiya və Qazaxıstanın vətəndşları həlak olub. Əslində Azərbaycanla yanaşı, digər dövlətlər də hadisənin baş vermə səbəbinin üzə çıxmasında maraqlı olmalıdır”.

A.Nağıyev qeyd edib ki, qəzanın başvermə səbəbi ilə bağlı 3 versiya mövcuddur:

“Əsas versiyalardan biri təyyarəmizin kənar müdaxilə nəticəsində qəzaya uğramasıdır. İkinci məsələ odur ki, niyə Rusiyanın aeroportları - istər Maxaçqala, istər Qrozı və digər yaxın aeroportlar - bizim təyyarənin enişinə imkan verməyiblər? Başqa sual odur ki, niyə pilotlarımızın Bakıya qayıtmağına imkan olmayıb? Bu məsələlər araşdırılacaq”.

Müsahibimizə görə, pilotlarımızın dənizə yönəldilməsi bir sıra fikirlərə yol açır:

“Sosial şəbəkələrdə, eləcə də bəzi KİV-lərdə yazırlar ki, ola blsin, pilotları dəniz tərəfə yönəltməklə onların suda batacaqlarını düşünüblər. Hesab ediblər ki, təyyarə suda batsa, heç bir şahid olmayacaq. Bu versiya da var. Qazaxıstan tərəfi də etiraf edir ki, həqiqətən pilotun ustalığı nəticəsində Aktauda eniş edə blərdilər, amma naviqasiya sistemi işləməyib. Bu sistem işləməsə də pilotlar təyyarəni peşəkar şəkildə idarə edə biliblər. Problem böyükdür. Prezident hərtərəfli taspşırlar verib. Düşünürəm ki, hadisənin səbəblərinə ciddi aydınlıq gətirə biləcəklər”.

A.Nağıyev bildirib ki, AZAL-ın özünün açıqlamasına görə təyyarə 2024-cü ilin oktyabr ayında tam şəkildə təmirdən çıxıb və istifadəyə tam yararlı olub:

“Pilotlarımız, bələdçilər, stuard və stuardessalar öz işlərini ən yüksək bilən şəxslərdir. Təyyarədəki qəlpə izlərinə gəlincə, bununla kriminalistik ballistika məşğul olacaq. Təyyarə yerə dəyəndə daşların təyyarəyə nə dərəcədə ziyan vurması da tam şəkildə araşdırılmalıdır. Burada pilotların qeyri-peşəkar, təyyarəmizin nasaz olması versiyası kənarda qalmalıdır. Təyyarə təzə, pilotlar isə təcrübəlidir. Hətta sosial şəbəkələrdə o səslərdən də hiss olunur ki, ekipaj üzərinə düşən vəzifələri ən yüksək səviyyədə yerinə yetirib. Bunun hamısını kriminalistika aydınlaşdırmalıdır. Azərbaycan xalqı nəyin, niyə və necə baş verdiyini bilməlidir”.

Arzu Nağıyev: Pilotlarımız nə imkan olubsa, o imkandan istifadə ediblər

Deputat vurğulayıb ki, təyyarənin niyə dənizə deyil, quruya endirilməsi də müzakirə olunur:

“Mütəxəssislərin bildirdiyinə görə, təyyarəni suya endirmək quruya endirməkdən daha təhlükəlidir. Su soyuqdur, təyyarə də işlək olduğu halda soyuq suya düşəndə parça-parça ola bilər. Əsas məqam odur ki, qara qutular tapılıb və bunların hamısına aydınlıq gətirilməlidir. Bu qəzada həlak olanların yaxınları səbəbləri bilməlidirlər. İddialar var ki, təyyarəyə kənar müdaxilə edildikdən sonra içəridə oksigen balonları partlayıb. Naviqasiya və GPS sisteminin itməsi dəniz üzərində bu sistemlər işləməyib. Sonradan artıq Aktauya yaxınlaşdıqdan sonra pilotlar dispetçerlə əlaqə saxlaya biliblər. Hava limanında bütün sistemlər hazır vəziyyətdə gözləyirmiş. Sadəcə təyyarəni Aktau limanınına çatdıra bilməyiblər. Pilotlarımız nə imkan olubsa, o imkandan istifadə ediblər. Aktau limanınına 5 km məsafə qalıbmış. Bu məsələlər araşdırılmalıdır. Əsas məsələ budur ki, təyyarəmizə kənar müdaxilə olunub və müdaxiləszi belə bir qəza baş verə biməzdi. Qazaxıstan tərəfi birmənalı şəkildə, tam vicdanla bu araşdırmaları sona yetirməlidir. Azərbaycan və Rusiyaya məlumatlar verməldir. Səbəb üzə çıxmalıdır. İlkin versiyada iştirak edən mütəxissislər öz işlərini bitiriblər. “Qara qutu”ların oxunması, analizi ciddi məsələdir. Xüsusi xidmət, hüquq-mühafizə orqanları və prokurorluq öz işlərini görməlidirlər. Əsas olan budur”.

Aydın Baxış


SON XƏBƏRLƏR

27 Dekabr 2024