• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanda universitet cərimələndi

CƏMİYYƏT

22 Fevral 2022 | 13:10 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda universitet cərimələndi

Azərbaycanda universitetə cərimə protokolu yazılıb.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, Xəzər Universiteti barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026