• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycandakı göydələnlər zəlzələyə dözümlüdür? - AÇIQLAMA

CƏMİYYƏT

08 Fevral 2023 | 10:30

Azərbaycandakı göydələnlər zəlzələyə dözümlüdür? - AÇIQLAMA

“Mən həmişə daşınmaz əmlak sahəsindəki problemlərdən danışmışam. Çünki bu sahənin danışılacaq yaxşı tərəfləri çox azdır. Lakin qardaş Türkiyədə baş verən zəlzələdən sonra onu əminliklə deyə bilərəm ki, Azərbaycanda inşa olunan yeni çoxmənzilli yaşayış binalarının keyfiyyəti Türkiyədəki binalardan qat-qat üstündür”.

Bakıvaxtı.az xəbər verir ki, bunu daşınmaz əmlak mütəxəssisi Elnur Fərzəliyev bildirib.

Onun sözlərinə görə, Türkiyədəki uçub dağılan binaları izlədikcə həmin binalarda beton və armaturlardan çox az, bəzən isə demək olar ki, heç istifadə olunmadığı açıq-aşkar görünür:

“Zəlzələdir, gücü çoxdur, lakin orada, zəlzələ baş verdiyi ərazilərdə keyfiyyətlə tikilən binaların heç bir zərər görmədiyi açıq-aşkar görünür. Bizim yeni tikili binalarda isə, maşallah olsun, başdan-ayağa beton kalonlar, pərdələr, armaturdan hörülmüş “setkalar”, yerin 10 metr dərinliyinə qədər işlənilmiş beton divarlar var".

E.Fərzəliyev bildirib ki, Bakıda nə vaxtsa çox güclü 8-9 ballıq zəlzələ olarsa belə, o yeni tikili binalardan bəlkə də bəziləri bütöv şəkildə az da olsa sağa və yaxud sola əyilə bilər, amma hec vaxt yerin altına çökməz.

"Bunu bu sahənin bir mütəxəssisi olaraq tam əminliklə deyə bilərəm”, - deyə Elnur Fərzəliyev vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026