• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycanın Avropa ölkələri ilə əmtəə dövriyyəsi azalıb

İQTİSADİYYAT

20 Mart 2023 | 10:10

Azərbaycanın Avropa ölkələri ilə əmtəə dövriyyəsi azalıb

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa ölkələri ilə əmtəə dövriyyəsi 3,333 milyard dolları keçib, Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində xüsusi çəkisi isə 46,47 faiz təşkil edib.

Bakıvaxtı.az bu barədə bu gün Dövlət Gömrük Komitəsinin (DGK) bülleteninə istinadən xəbər verir.

Azərbaycanın Avropa ölkələri ilə əmtəə dövriyyəsi aşağıdakı kimidir:

2023-cü ilin yanvar-fevral ayları
Ölkəİxrac (min, $)Xüsusi çəkiİdxal (min, $)Xüsusi çəki
Almaniya255224,889,28%123571,7021,26%
Avstriya95380,533,47%11642,432,00%
Belçika5348,080,19%13008,312,24%
Bolqarıstan1947,280,07%4454,270,77%
Çexiya162174,955,89%15116,042,60%
Danimarka7,360,00%5773,380,99%
Estoniya742,010,03%708,130,12%
Finlandiya114,610,00%3663,250,63%
Fransa54477,511,98%202886,0434,90%
Xorvatiya13,160,00%1594,430,27%
İrlandiya93440,783,40%3835,740,66%
İspaniya277730,6210,09%11646,962,00%
İsveç249,900,01%10030,261,73%
İtaliya1322625,2848,07%73679,5012,67%
Kipr4652,410,17%75,130,01%
Latviya4284,270,16%3538,500,61%
Litva262,530,01%4264,770,73%
Lüksemburq5278,710,19%591,500,10%
Macarıstan304,840,01%6461,031,11%
Malta349,040,01%6,420,00%
Niderland6798,880,25%19420,953,34%
Polşa3194,190,12%24700,564,25%
Portuqaliya62903,382,29%1912,570,33%
Rumıniya254360,419,24%15648,122,69%
Slovakiya50,540,00%13333,172,29%
Sloveniya1463,360,05%6402,711,10%
Yunanıstan138326,195,03%3364,520,58%
Cəmi2751705,72100%581330,42100%

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanın Avropa ölkələri ilə əmtəə dövriyyəsi illik hesablamada 20,55 faiz və ya 861,975 milyon dollar azalıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 9,7 faiz və ya 768,8 milyon dollar azalaraq 7,94 milyarddan 7,17 milyard dollara düşüb.

Xarici ticarət dövriyyəsinin strukturunda ixracın payına cəmi 4,52 milyard dollar düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,447 milyard dollar və ya 24,25 faiz azadır. Xarici ticarət dövriyyəsində ixracın payına ötən ilki 75,16 faizlə müqayisədə 63,03 faiz təşkil edib.

Hesabat dövründə Azərbaycanda idxal illik hesablamada 678,5 milyon dollar və ya 34,4 faiz artaraq 1,972 milyard dollardan 2,651 milyard dollara qalxıb. Xarici ticarət dövriyyəsində idxalın payı ötənilki 24,84 faizlə müqayisədə 36,97 faiz təşkil edib.

Nəticədə hesabat dövründə xarici ticarət dövriyyəsinin saldosu müsbət qalmaqla illik hesablamada 2,126 milyard dollardan çox və ya 2,1 dəfə azalaraq 1,869 milyard dollara düşüb, belə ki, 2022-ci ilin yanvar-fevral aylarında saldo 3,995 milyard dollar olub.


SON XƏBƏRLƏR