• Bakı C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Azərbaycanın qısa müddətdə COP29-a yüksək səviyyədə hazırlığı təqdirəlayiqdir

COP29

12 Noyabr 2024 | 15:21

Azərbaycanın qısa müddətdə COP29-a yüksək səviyyədə hazırlığı təqdirəlayiqdir

Azərbaycanın qısa müddətdə COP29-a yüksək səviyyədə hazırlığı təqdirəlayiq addımdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, sağlamlıq hər zaman ilk sırada olmalıdır:

"Çünki bu günədək sağlamlığın ilk sırada gəldiyi işlər çox az olub. Bundan sonra sağlamlıq məsələsinin əsas diqqət ediləcək məsələ olacağını düşünürük. Hər zaman səsləndiririk ki, iqlim böhranı əslində sağlamlıq böhranıdır. Çünki bütün baş verən iqlim dəyişikliyi ən sonda insan sağlamlığına təsir etmiş olur".

"Məsələn, indiyədək olmayan xəstəliklər görünməyən yerlərdə ortaya çıxır. Hər il yüz minlərlə insan iqlim dəyişikliyi səbəbindən dünyasını dəyişir. Bu il dünyada bu günədək görülməyən isti keçdi. İqlim dəyişikliyi bu gün üçün yaşanır və sonrakı nəsil də bunu yaşayacaq. İnanıram ki, COP29 çərçivəsində müzakirə olunan məsələlər müsbət nəticəsini verəcək", - ÜST rəsmisi vurğulayıb.

H.Harmancı bildirib ki, Azərbaycanın COP29-a hazırlaşma müddəti çox az idi: "Qısa müddət ərzində bu qədər yüksək səviyyədə hazırlıq təqdirəlayiq addımdır. İlk dəfə bu gün məkana gəldim və gözlərimə inana bilmədim. Həqiqətən də Azərbaycana bu işdə göstərdiyi təşəbbüs üçün təbrik düşür. Bilirəm ki, bütün hökumət üzvləri bu iş üçün səfərbər oldu. Azərbaycan ev sahibliyi və qonaqpərvərliyini bir daha nümayiş etdirmiş oldu".


SON XƏBƏRLƏR