• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Azərbaycanlı ailə İrandan təxliyə olundu - FOTO

CƏMİYYƏT

11 Mart 2026 | 13:31 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı ailə İrandan təxliyə olundu - FOTO

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan vətəndaşların təxliyəsi davam edir.

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, növbəti mərhələdə bir azərbaycanlı ailə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olub.

Ailə üzvləri sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.

Ailə üzvləri təxliyə zamanı onlara göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu bildirərək, Azərbaycan dövlətinə və prosesdə iştirak edən aidiyyəti qurumlara minnətdarlıqlarını ifadə ediblər.


Azərbaycanlı ailə İrandan təxliyə olundu - FOTOAzərbaycanlı ailə İrandan təxliyə olundu - FOTOAzərbaycanlı ailə İrandan təxliyə olundu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026