Azərbaycanlı iş adamı Tufan Sadıqov investoru olduğu “Ximki” klubuna dair iş üzrə Rusiya Futbol İttifaqının (RFS) İntizam Komitəsinin iclasına dəvət olunub.
Bakıvaxtı.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İclas noyabrın 7-də keçiriləcək.
Xatırladaq ki, sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi “Ximki” klubunu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edir.
Qeyd edək ki, ötən mövsüm “Ximki” Rusiya Premyer Liqasının turnir cədvəlində 12-ci yeri tutsa da, maliyyə problemləri səbəbindən ölkə çempionatlarında iştirakını davam etdirə bilməmişdi.
Bakı 



