• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanlı QHT sədri Ərdoğanla görüşündən DANIŞDI: “Prezident dedi ki…”

SİYASƏT

25 May 2022 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı QHT sədri Ərdoğanla görüşündən DANIŞDI: “Prezident dedi ki…”

Türkiyənin Müharib Qazilər Dərnəyinin dəvəti, Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə bir qrup II Qarabağ müharibəsi qazisi Türkiyədə səfərdə olub.

Səfər təəssüratını bölüşən “Tərxis olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Bakıvaxtı.az-a deyib ki, bu proses hər il ənənə şəkilində davam edir. Təkcə, Qarabağ müharibəsi qaziləri deyil, şəhid ailələri də bu səfərdə iştirak edir: “Proses qarşılıqlı şəkildə baş verir. Səfər iştirakçıları İstanbul, Ankara, Mersin, Samsun, Konya, İzmir və başqa şəhərlərdə görüşlərdə iştirak edirlər”.

E.Həsənli bütün görüşlərin yaddaqalan olduğunu deyib: “Amma bu səfərimizdə təbii ki, Türkiyə Prezidenti Ərdoğanla olan görüş xüsusi əhəmiyyətə malik idi. Biz Böyük Millət Məclisində olan zaman Türkiyə Prezidenti də oraya gəldi. Prezident Azərbaycan qaziləri ilə görüşdü. Deyə bilərəm ki, görüş çox yüksək səviyyədə keçirildi. Rəcəb Tayyib Ərdoğan məclisə daxil olarkən qazilərimizi salamladı. Bütün türk dünyasının onlarla qürur duyduğunu vurğuladı. Prezident bildirdi ki, Azərbaycanın qələbəsi bütün Türk dünyasının qələbəsidir. Görüş zamanı Türkiyə Prezidentinə Xarı bülbül əks olunan nişan, bizim birliyin hazırladığı “Əbədi qardaşlıq yolu” kitabını hədiyyə etdik”.

Dediyinə görə, sonda nümayəndə heyətində olan Vətən Müharibəsi qazisi, xüsusi təyinatlı Şəmsəddin Qurbanov Şuşaya qədər özü ilə apardığı Türkiyə bayrağını Rəcəb Tayyib Ərdoğana təqdim edib: “Bu, Ərdoğanı çox duyğulandırdı. Bildirdi ki, belə səfərləri tez-tez etmək lazımdır. Bundan sonra Böyük Millət Məclisində bir neçə başqa görüşlərimiz də oldu. TBMM-in Aparat rəhbərilə görüş baş tutdu. Ədalət və İnkişaf Partiyası mənsubları Əhməd Qılınc, Hacı Bayram Türkoğlu ilə təmaslarımız oldu”.

E.Həsənli Türkiyə milli müdafiə naziri Hulusi Akarla görüşlərindən də danışıb: “Hulusi Akar qazilərimizi böyük sevinc və fəxarət hissilə qəbul etdi. Türkiyə və Azərbaycan silahlı qüvvələri arasındakı əməkdaşlığı yüksək qiymətləndirdi. Azərbaycan Ordusunun formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin rolu olduğunu bir daha vurğuladım. Hülusi Akar qazilərimizə qiymətli hədiyyələr təqdim etdi və bu əməkdaşlığın davamlı olacağını bildirdi. Görüşün sonunda nümayəndə heyətinə daxil olan qazilərimizdən biri Vətən Müharibəsi zamanı üzərində gəzdirdiyi, üzərində güllə və qan izi olan üçrəngli bayrağı Hulusi Akara hədiyyə etdi. Bu hədiyyə naziri çox duyğulandırdı”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR