• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkdilli Ölkələrin Parlament Assambleyasının adı DƏYİŞDİRİLDİ

SİYASƏT

24 Iyun 2022 | 12:26

Türkdilli Ölkələrin Parlament Assambleyasının adı DƏYİŞDİRİLDİ

Qırğız Respublikasının Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının XI plenar iclası başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, iclasda təşkilatın adı Türk Dövlətlərinin Parlament Assambleyası ilə əvəzlənib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova deyib ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının XI plenar iclasında mühüm məsələlərdən biri də TürkPA-nın adının dəyişdirilməsidir:

“Bu, tarixi hadisədir”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə türk dövlətləri arasında əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR