• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Azərbaycanlı xanımla xəyanəti inkar etdi

MƏDƏNİYYƏT

10 May 2022 | 19:56 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı xanımla xəyanəti inkar etdi

Müğənni Cem Belevi sevgilisi İrem Dericiyə azərbaycanlı xanımla xəyanət etməsi iddiasından danışıb.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, o, yayılan xəbərlərin qətiyyən doğru olmadığını deyib.

"Mən sevgi mahnıları yazan, adam kimi sevən bir insanam. Bu cümlələri qəbul etmirəm, onu aldatmamışam.

Mənim eşqə baxışım belə deyil. Hələ də onu çox sevirəm. Onun ürəyi ilə qəzəblə ağzından çıxan kəlmələr bir olmaya bilər. Mən dediklərinə fikir vermirəm, Onu aldatmamışam".

İrem bundan sonra İnstaqram hesabında Cemə cavab verib. 

"Səmimiyyətsiz açıqlamanı dinlədim. Mən bir neçə saat yatıb, durub hər şeyi danışacam. Bu saxtakarlıq bezdirdi. Səs yazıları ilə bir yerdə açıqlayacam. "Yayın sonuna qalmaz İremdən canımı qurtararam. Konsert siyahımı doldurum. İndi pis insan imici verə bilmərəm"mi olsun, yoxsa alovlar göndərdiyin influenserlərmi? Sən seç. Ya da birbaşa etiraf etdiyin xəyanətdən də danışa bilərəm. Mənə fərq etməz".

Qeyd edək ki, Cemin azərbaycanlı model Nərgzi Nəsrullayeva ilə eşq yaşadığı söylənilmişdi. İrem bundan sonra Cemin ünvanına ağır sözlər yazmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026