• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Azərsu" Qarabağdakı abunəçilərinin sayını açıqlayıb

CƏMİYYƏT

27 Aprel 2022 | 14:58

"Azərsu" Qarabağdakı abunəçilərinin sayını açıqlayıb

“İşğaldan azad edilmiş Ağdamda və Füzuli rayonlarında su təchziatını subartezian quyuları vasitəsilə qurulacaq. Kəlbəcərdə, Laçında, Qubadlıda və Zəngilanda isə yerüstü sulardan istifadə olunacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə, Kəlbəcərin baş planı hazır olandan sonra, rayon ərazisində yerüstü sulardan istifadə olunacaq.

"Azərsu" ASC-nin işğaldan azad edilmiş ərazilərdə 200-dən çox abunəçisi var. Hazırda Şuşa, Kəlbəcər, Zəngilan və Xocavənddə (Hadrut) 4 briqada fasiləsiz xidmət göstərir. Hərbi obyektləri, həmçinin orada tikinti və minatəmizləmə işləri aparan mülki əhalini su ilə təchiz edirik”, - deyə A.Cəbrayıllı bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026